"...bəz xəbərləri malalayırıq"

İranlı deputatdan etiraf: "Mediada xəbərlərdə hadisələrə don geyindiririk və hadisələri ört-basdır edirik"

İran parlamentinin üzvü Rəşidi Kuçi deyib: "Etiraf etməliyik ki, insanlar hazırda hökumət mediasına və ya hökumətin təsdiq etdiyi rəsmi mediaya müsbət baxmır və xəbərləri xarici şəbəkələrdən almağa üstünlük verirlər. Bizim radio və televiziyanın sözündən çox onların sözlərini qəbul edirlər. Çünki biz rəsmilər və bizə aid olan media bəzən hadisələrə don geydirməyə çalışdığımızı sübut etmişik və bəzi xəbərləri malalayırıq".