Futbol matçında 127 nəfər öldü

İndoneziya futbol çempionatının oyunu zamanı 127 nəfər ölüb - insanlar tapdalanaraq öldürülüb.

Buna səbəb “Arema” FK-nın “Persebay Surabay”a uduzması olub. Azarkeşlərin izdihamı meydançaya hücum çəkib, bundan sonra əsl kabus başladı. Uşaqlar və qadınlar da daxil olmaqla 100-dən çox insan tapdaqlar altında qalaraq öldü. Polis gözyaşardıcı qazdan istifadə edib, ardınca atışma başlayıb - izdiham içərisindən ölənlər və  yaralananlar olub. Məlumata görə, hadisə zamanı 127 nəfər həyatını itirib.