Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü

Cenevrədə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib.

Ceyhun Bayramov, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib.