Fizika üzrə Nobel mükafatçıları məlum oldu

Nobel Komitəsi bildirib ki, 2022-ci il fizika üzrə Nobel mükafatı fransalı Alain Aspet, amerikalı Con Klauzer və avstriyalı Anton Zeilingerə kvant mexanikası üzrə tədqiqatlarına görə verilib. Komitə izah edib ki, onların tədqiqatları kvant mexanikasına əsaslanan “yeni texnologiyalara yol açır”.

Bu barədə “TASS” xəbər verir.

Bildirilir ki, mükafat “dolaşan fotonlarla təcrübələrin aparılmasına, Bellin bərabərsizliklərinin pozulması prinsiplərinin müəyyənləşdirilməsinə və kvant məlumatı elminin yaradılmasına rəhbərlik edilməsinə” görə verilib.