17 yaşlı gənc reanimasiyada ümidsizcə sizdən yardım gözləyir - FOTO/VİDEO

Raul Ədalət oğlu Şahrzayev kəskin leykozla mübarizə aparır.

Bu barədə Lim10.az-a onun bacısı Rufanə İbrahimova məlumat verib.

Bildirilib ki, 01.06.2007-ci ol təvəllüdlü Raul 2022-ci ildə bu ağır xəstəliyə düçar olub:

“Qardaşımda ilk dəfə bu xəstəlik aşkarlandığı zaman atam evimizi satıb onu Türkiyəyə müalicə üçün apardı. Uzun müddət kimyaterapiya qəbul edib. Daha sonra bu xəstəlikdən xilas oldu. Həmin dövrdən bu yana hər iki aydan bir atam qardaşımı İstanbula yoxlanışa aparırdı. 2024-cü ildə Raulda yenidən leykoz aşkarlandı. Belə ki, o özünü çox narahat, yorğun və halsız hiss edirdi. Milli Hematologiya və Transfuziologiya İnstitutundan bizə bildirdilər ki, xəstəlik yenidən qayıdıb. Hazırda Bakıda özəl klinikalardan birində müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır. Neçə gündür reanimasiyadadır. Gözümüz qapıda qalıb. Həkimlərdən xoş bir xəbər almaq üçün gözləyirik. Allah heç kimi belə ağır sınaqla üz-üzə qoymasın. Maddi olaraq tükənmişik. Yardım kartına göndərilən pulla az-az ödəniş edə bilirik klinikaya. Raul çox mübariz oğlandır. 17 yaşı olsa da, çox güclüdür. Biz onun sağalacağına, yaşıdları kimi universitetə hazırlaşacağına, həyətdə dostları ilə futbol oynayacağına çox inanırıq. Amma atam da gözümüzün qabağında günü gündən əriyir. O qardaşımın dərdini çəkməklə yanaşı pulu necə tapacağımızı düşünür. Xalqımızdan xahiş edirəm bizi bu çətin günümüzdə tək qoymasınlar. Biz ancaq onların sayəsində bu yükün altından çıxa bilərik. Raula ilik nəqli olunmalıdır və bunun üçün 250 min dollar lazımdır”.

Əlaqə nömrəsi: (099) 890-00-08 (Ailəsi).

Kapital Bank: 5239 1517 6313 1888.