İran Rusiyanın Ukraynada keçirdiyi "referendum"u tanımadı

İran bəyan edib ki, o, Rusiya Federasiyasının Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində təşkil etdiyi qondarma “referendumları” tanımır.

İRNA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənaninin müraciətində deyilir.