Rus qoşunlari bir gün ərzində 30 km geri cəkilib

Gündəlik brifinq zamanı Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüş əməliyyatlarının xəritəsini göstərib – ondan belə çıxır ki, oktyabrın 4-nə Rusiya qoşunları Xarkov vilayətini demək olar ki, tamamilə tərk edərək Xerson vilayətinin şimalında geri çəkiliblər. Bu barədə “Agentlik” məlumat yayıb.

Təqdim olunan xəritəyə görə, Xarkov vilayətində Dvureçnoye kəndinin şimal-şərqində kiçik bir ərazi Rusiyanın nəzarəti altında qalıb  Bir gün əvvəl Müdafiə Nazirliyi Rusiyanın Oskol çayının şərqindəki bölgənin bütün ərazisinə nəzarət etdiyini iddia edirdi. Bundan belə nəticə çıxır ki, oktyabrın 3-dən 4-dək Ukrayna Silahlı Qüvvələri regionun Rusiyanın nəzarətində olan ərazilərinin təxminən üçdə ikisini azad edib.

Agentlik Rusiya qoşunlarının Xerson vilayətinin şimalında geri çəkilməsinə də diqqət çəkib. Bir gün əvvəl xəritədə cəbhə xətti Davydov Brod, Dobryanka və Zolotaya Balka yaşayış məntəqələri ərazisindən keçdi. Oktyabrın 4-də Müdafiə Nazirliyi Davydov Brod və Dudçanı arasındakı xəttə qədər olan ərazinin Rusiya ordusunun nəzarəti altında olduğunu göstərdi. Beləliklə, rayonda cəbhə xətti təxminən 30 kilometr cənuba doğru dəyişdi. Yəni rus qoşunları cəbhə xəttini 30 km geri çəkilməyə məcbur olub.