Xoy şəhərındə güclü zəlzələ baş verib

Qərbi Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ o qədər güclü olub ki, Təbriz və Urmiyada əhalinin təşvişinə səbəb olub

Kəndlərdə bir çox evlər dağılıb, xəsarət alanların sayı çoxdur. İnternetin olmaması və ümumxalq etirazlarının davam etdiyi bir vaxtda evləri dağılan əhali küçədə qalıb.

Rəsmi məlumatlara görə, zəlzələ 500 yaşayış binasına ziyan vurub, 50 ev tamamilə dağılıb, 528 nəfər xəsarət alıb.

Zəlzələ 20 saniyədən çox davam edib. Saat 14:30-a qədər daha 30 yeraltı təkan qeydə alınıb.