Kocaryanın yaddaşı doğrudan korlanıb, yoxsa tülkülük edir?

Ermənistanın ikinci prezidenti Robert Köçəryan öz tekeqram kanalında ofisinin koordinatoru Baqrat Mikoyana istinad edərək bildirib ki, “Azərbaycan Madrid sənədini tamamilə ermənipərəst hesab edərək, qəti şəkildə rədd edib”.

Xatırladaq ki, hələ 2020-ci ilin aprelində Ermənistanın o vaxtkı xarici işlər naziri Zöhrab Mnatsakanyan bəyan etmişdi ki, Ermənistan tərəfi münaqişənin həlli üçün “mərhələli variantı” (Madrid prinsipləri) nəzərdən keçirmir. Ermənistan Xarici İşlər Nazirliyinin o vaxtkı mətbuat katibi Anna Naqdalyan isə “Kommersant”a 23 aprel 2020-ci il tarixli müsahibəsində bəyan etmişdi ki, Ermənistan 2018-ci ildən bəri Azərbaycanla “mərhələli variant”ı nəzərdən keçirmir və müzakirə etmir.

Necə olur ki, Köçəryanın sözləri reallıqla üst-üstə düşmür? Torpaqlarımızı işğalda saxlayanda "Madrid prinsipləri"ni yaxına buraxmırdılar, indi Koçaryan o prinsiplərin quyruğundan sallaşmağa çalışır?