Ermənistanla Azərbaycan arasında yeni savaş ehtimalı Son qarşıdurmaların səbəbi nədir?

“İran diplomatiyası” saytı yazır:

“Azərbaycan və Ermənistan arasında Qarabağ bölgəsi ilə bağlı baş verən müharibədən sonra 2020-ci ilin noyabr ayından bəri davam edən kövrək atəşkəs rejimi davam edir. Amma bu ayın əvvəlindən Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edir.

2020-ci ilin müharibəsində Qarabağın əksər hissəsinin Azərbaycanın nəzarətinə keçməsinin ardından Ermənistanın bu bölgəyə çıxışı yalnız Laçın dəhlizi vasitəsilə mümkün olub.

Atəşkəs razılaşmasına əsasən, Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılması ilə eyni vaxtda Rusiya sülhməramlı qüvvələri Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməli, Ermənistan hökuməti isə Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri tərksilah etməlidir. Ancaq Yerevan bununla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Ermənistan tərəfindən atəşkəsin pozulması ilə bağlı digər hallar arasında, Ermənistanın onu Qarabağla birləşdirəcək digər bir yolun tikintisindən imtina etməsi də var. Laçın dəhlizinin əvəzinə belə bir yolun çəkilməməsi Azərbaycanı Laçın şəhəri üzərində nəzarəti ələ ala bilməməsinə səbəb olub. Azərbaycan öz ərazisində Ermənistanla Qarabağ arasında yeni kommunikasiya dəhlizinin tikintisini demək olar ki, başa çatdırsa da, Ermənistan hökuməti hələ də bu yeni dəhlizin tikintisinə başlamayıb.

Azərbaycan Respublikası Ermənistanın Qarabağa çıxışına icazə verir, lakin Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi ilə ölkə ərazisinə daxil olan Naxçıvan Muxtar Respublikasına çıxışına imkan vermir”.