Əlahəzrət məntiq deyir ki, Putin xəstədir!

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya prezidenti Vladimir Putinin sağlamlığı üçün dualar etmək üçün yepiskoplara, ruhanilərə və dindarlara xeyir-dua verib.

Moskva Patriarxlığının saytında dərc olunan mesajda deyilir ki, oktyabrın 7-də, Putinin 70 yaşı tamam olan gün Kirill “Rusiya dövlət başçısının sağlamlığı üçün evdə qızğın dua oxumağa” çağırır.

Oktyabrın 8-də, Radonej Müqəddəs Sergiusun bayramı günü, Moskva və Bütün Rusiyanın Patriarxının xeyir-duası ilə kilsələr də "Rusiya Prezidentinin sağlamlığı üçün xüsusi petisiya"nı dinləyəcək və  Vladimir Putinə uzun ömür arzulayacaqlar.

P.S. V.Putinin saglamlığı uğrunda bu qədər canfəşanlıq heç vaxt olmayıb. Sual yaranır Və.Putinin məgər sağlamlıq problemi var ki, Patriarx hamını onun sağlamlığina dua etməyə cağırır? Mən demirəm, əlahəzrət məntiq deyir ki, Putin ağir xəstədir!