Şarl Mişel Praqada keçirilən dördtərəfli görüşü şərh edib
Şarl Mişel
Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesinin intensivləşdirilməsini dəstəkləyir.
Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan, Fransa prezidentləri və Ermənistanın baş nazirinin iştirakı ilə Praqada keçirilən dördtərəfli görüşün yekunları üzrə öz Tvitter hesabında bildirib.
Mişel yazıb: “Aİ-nin dəstəkləməyə hazır olduğu davamlı gərginliyin azaldılması və sülh səylərinin intensivləşdirilməsi müzakirə olunub.