Lukaşenko Belərusun Rusiya-Ukrayna müharibəsinə qatıldığını bəyan etdi

Belarus Müdafiə Nazirliyi bəyan edib ki, onların qoşunları Rusiya Federasiyası ilə birlikdə İttifaq dövlətini müdafiə etməyə hazırdır.

Belarus Respublikası Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bildirib ki, guya Qərb Ukrayna ərazisində silahlı dəstələr hazırlayır, onların məqsədi “Belarusda hakimiyyəti devirməkdir”. 

О, hazırda Belarusun sərhədyanı ərazilərində təxribatları qeyri-mümkün etmək üçün tədbirlər görüldüyünü və Belarus ordusunun Rusiya ilə birlikdə İttifaq dövlətini müdafiə etməyə hazır olduğunu bildirdi.