Ukrayna Ordusu Krım körpüsün vurdu

Yanğından sonra Krım körpüsündə nəqliyyat tamamilə bağlanıb

Krımın “hakimiyyəti” Kerç boğazı üzərindən bərə buraxmağa hazırlaşır.

Körpüdə tankın yanğınından sonra Krım körpüsündə nəqliyyatın hərəkəti tamamilə bağlanıb. “Kommersant” xəbər verir ki, hələ itkilər barədə məlumat yoxdur.

“Vəziyyət aydınlaşana qədər Krım körpüsü ilə nəqliyyatın hərəkəti dayandırılıb, xüsusi xidmət orqanları hadisə yerində işləyir. Bərə keçidinin işə salınması məsələsi üzərində iş aparılır”, - deyə Krımın nəqliyyat naziri Nikolay Lukaşenko.
“Rosmorrechflot” xəbər verir ki, körpüdəki tankın yanması səbəbindən Kerç boğazında gəmi naviqasiyası da dayanmayıb.

Kerç meri Svyatoslav Brusakov bildirib ki, yerində su və tualet olan avtomobillər üçün dayanacaq təşkil ediləcək.

Hadisə şahidlərinin yaydığı foto və videolarda da bir yol yatağının çökməsi əks olunub. Krım Dəmir Yolları yük qatarının quyruğunda yanacaq çəninin də yanır. 

Rusiya KİV-ləri etiraf etməsə də, Ukrayna mediası körpünün Ukrayna Ordusu tərəfindən vurulduğunu deyir.