"Associated Press": "İranda etirazlar genişlənərək yeni formaya keçib

 

Nüfuzlu "Associated Press" xəbər agentliyi şiddətli repressiyalara baxmayaraq İranda etiraz aksiyalarının davam etdiyini yazıb.

Agentliyin aksiyalarla bağlı dərc etdiyi yazıda ötən illər hökumət repressiyalarının təsirli olduğu, ancaq bu dəfə ölkədə nümayişlərin davam etdiyi və hər gün genişləndiyi qeyd olunub.

Oktyabrın 6-ı gecə saatlarında bir çox şəhərlərdə kütləvi etirazların davam etdiyini yazan media orqanı son günlər tələbələrin və şagirdlərin dövlət məmurlarını universitet və məktəblərdən qovduqlarını bildirib.

"Associated Press"-in İran və Körfəz ölkələri üzrə müdiri Con Qambrel İranda yeni hadisələrin baş verəcəyini, oktyabrın 8-də ölkədə ümumxalq etirazlarının keçirilməsi ilə bağlı çağırışların maraqlı nəticələr doğuracağını bildirib.

Yazıda İranda internetə və sosial mediaya qoyulan məhdudiyyətlərin xəbərlərin gec yayılmasına səbəb olduğu, lakin bununla belə, kütləvi etirazların qarşısını almağın mümkün olmadığı deyilir.