Belarus Ukraynanı günahlandırdı - bəhanə tapıldı

Belarus Ukraynanı öz ərazisinə zərbə endirməyə hazırlaşmaqda ittiham edib.

Ukraynanın Belarusdakı səfiri İqor Kizim oktyabrın 8-i axşam saatlarında Minsk Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu cür ittihamlarla nota təqdim edilib, Ukrayna Xarici İşlər Nazirliyi xəbər verir.

“Bu məlumat həqiqətə uyğun deyil. Biz Belarus rejiminin son eyhamlarını qəti şəkildə rədd edirik. Biz istisna etmirik ki, diplomatik notanın verilməsi Rusiya Federasiyasının təxribat törətmək və Ukraynanı daha ciddi ittiham etmək planının tərkib hissəsi ola bilər. Biz belarus xalqını təxribatlara uymamağa çağırırıq”, - deyə Kiyevin Ukrayna Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən cavabında deyilir.