Gürcüstan perespektivi inkişaf hədəfini bir daha bəyan etdi

"Bizim qəti mövqeyimiz, seçimimiz var ki, bu da konstitusiyada öz əksini tapmış Avro-Atlantik inteqrasiyadır".

 

Bu barədə baş nazir İrakli Qaribaşvili "Gürcü Arzusu"-nu tərk edərək "Xalqın Gücü" adlı hərəkatın əsasını qoyan deputatlarla bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ölkədə demokratiya mövcuddur və istənilən şəxsin istədiyi hərəkata daxil olmaq hüququ var.

“Bu gün ölkədə demokratiya mövcuddur. İstənilən şəxs bu və ya digər hərəkata üzv ola bilər. Bu, onların konstitusiya ilə təmin edilmiş hüququdur. Bizim qəti mövqeyimiz, seçimimiz var ki, bu da konstitusiyada öz əksini tapmış Avro-Atlantik inteqrasiyadır. Bu seçimi heç kim dəyişə bilməz. Sakit ola bilərsiniz”, - deyə Qaribaşvili jurnalistlərə cavabında bildirib.