Putin Ukraynanı Krım körpüsünə görə cəzalandirdı

Rusiya Müdafiə Nazirliyinin təklifi ilə oktyabrın 10-da səhər saatlarında Ukraynanın hərbi infrastruktur obyektlərinə dəqiq idarə olunan silahlarla kütləvi zərbə endirilib - . deyə Rusiya prezidenti Vladimir Putin bildirib. Hərbi komandanlıq və enerji obyektləri də vurulub.

“Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə qarşı iri hava, dəniz və qurudan yüksək dəqiqlikli uzaqmənzilli raketlər buraxılı”, - deyə prezident bildirib.

Prezident həmçinin əlavə edib ki, Ukrayna onlarla terror aktı törətməyə cəhd edib, o cümlədən “Türk axını” qaz kəmərini zədələmək istəyiblər. Krım körpüsündə törədilən terror aktından danışan Putin Ukrayna xüsusi xidmət orqanlarını terrorun təşkilatçıları və icraçıları adlandırıb. O, Kiyev rejiminin uzun müddətdir ki, terror üsullarından istifadə etdiyini vurğulayıb. “Bütün bunlar obyektiv məlumatlar, o cümlədən bu terror aktlarını törədənlərin özlərinin ifadələri ilə sübut olunub”, - Putin əlavə edib.

O, Rusiya Federasiyasında terror aktlarının həyata keçirilməsinə cəhdlərin davam edəcəyi təqdirdə Moskvanın cavablarının sərt olacağına və miqyasına görə təhdidlərin səviyyəsinə uyğun olacağına diqqət çəkib.

"Buna heç kimin şübhəsi olmamalıdır”, - deyə o əlavə edib.

Oktyabrın 10-da səhər saatlarında Ukrayna şəhərlərində silsilə partlayışlar baş verib. Bu, Kiyev, İvano-Frankivsk, Lvov, Ternopil, Lvov, Odessa, Xarkov, Dnepr, Xmelnitski və s. şəhərlərdə baş verib.

Kiyevdə metronun hərəkəti dayandırılıb. Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, mühüm infrastruktur obyektlərinə ziyan dəyib.

Xarkov infrastrukturuna edilən hücumlar sakinlərin bir hissəsini su təchizatından məhrum edib, şəhər tamamilə enerjisiz qalıb. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı edilib.

Oktyabrın 8-də Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb. Dəmiryol qatarının yeddi yanacaq çəninin yanmasına səbəb olub. Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb. Faktla bağlı “Terrorçuluq” maddəsi ilə cinayət işi başlanıb.