Rusiya bu gecə Ukraynaya neçə raket atıb?
Bu gün 11:40-a olan rəsmi məlumata görə Rusiya tərəfindən Ukrayna ərazisinə 83 raket atılıb. Onlardan 43-ü hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bununla eyni vaxtda ölkə ərazisinə 12 "Şahed" tipli, İran istehsali olan kamikadze dron buraxılıb. Onlardan 9-u vurularaq zərərsizləşdirilib.
Xəzər regionundan strateji bombardmançı təyyarələrdən atılan yüksək dəqiqliyə malik X101, X555 raketlərindən istifadə etməklə Ukraynaya kütləvi zərbə endirilib.
Ölkə ərazisinə raket zərbələri həmçinin “Kalibr”, “Tornado”, S-300 raketləri ilə də həyata keçirilib,
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bu barədə məlumat verib.