Sutkanın əsas dünya xəbərləri

Gecənin əsas xəbərləri ☕️????

 Böyük Britaniyanın Baş naziri Liz Trass Rusiyanı Ukraynaya raket hücumlarına görə NATO liderlərinin təcili iclasını çağırmaq niyyətindədir. Onun G7 sammitində müraciət edəcəyi bildirilir.
                      ***
 Yeni Zelandiya referendumlarla bağlı Rusiyadan olan 2 şirkət, 51 iş adamı və 24 məmura qarşı sanksiya tətbiq edib. Belə ki, “Qazprombank”ın idarə heyətinin sədri Andrey Akimov, “Lukoyl”un eks-prezidenti və keçmiş baş direktoru Vahid Ələkbərov, habelə Ukraynanın Rusiyaya birləşdirilmiş ərazilərindən olan məmurlar məhdudiyyətlər altına düşüb.
                       ***
 Prezident Co Bayden Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri endirməsini pisləyib və bir daha Rusiyanı “bu səbəbsiz təcavüzə dərhal son qoymağa və qoşunlarını Ukraynadan çıxarmağa” çağırıb. O, həmçinin Ukraynaya əlavə dəstək vəd edib.