Sutkanın əsas dünya valyutalarına

 

BƏƏ Prezidenti Məhəmməd bin Zeid Əl Nəhyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Moskva ilə Kiyev arasında dialoqun tərəfdarı olduğunu deyib. BƏƏ-nin rəsmi agentliyinin məlumatına görə, dövlət başçısı bir sıra məsələlərdə Ukraynanın mövqeyi barədə Rusiya prezidentinə məlumat verib.
                        ***
 Rusiyanın oktyabrın 10-dan etibarən endirməyə başladığı raket zərbələri nəticəsində Ukraynanın enerji infrastrukturunun təxminən 30%-i zədələnib. Ukraynanın energetika naziri Herman Qaluşenkonun sözlərinə görə, silahlı münaqişə başlayandan bəri ilk dəfədir ki, Rusiya Ukraynanın enerji infrastrukturunu “qətiyyətlə hədəfləyir”.
                         ***
 ABŞ və Yunanıstanın müdafiə nazirləri Yunanıstan ərazisində Amerika hərbi mövcudluğunun genişləndirilməsi məsələsini qaldırıblar. İki ölkənin müdafiə nazirliklərinin nümayəndələri “Aleksandrupolis limanının NATO-nun şərq cinahına etibarlı çıxışın təmin edilməsində, xüsusən də Ukraynaya yardımın təmin edilməsində mühüm rolunu müzakirə ediblər”.
                          ***
 III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da Vestminster abbatlığında baş tutacaq. Bu, Böyük Britaniyada son 70 ildə ilk tacqoyma mərasimi olacaq, bundan öncəki 1953-cü ilin iyununda II Yelizaveta taxta çıxanda baş tutmuşdu.

                        *** 

ABŞ Prezidenti Co Bayden “OPEC+”un neft hasilatını azaltmaq qərarına görə Səudiyyə Ərəbistanı üçün “nəticələr” olacağını deyib. ABŞ rəhbərinin köməkçilərinin sözlərinə görə, bu addım təşkilatın digər üzvü Rusiyaya Ukrayna ilə davam edən münaqişə zamanı xəzinəsini doldurmağa kömək edəcək.