Erməni deputat çağrış zamanı vətəndaş hüquqlarının pozulduğunu deyir

Ermənistan Milli Assambleyasının İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr daimi komissiyasının sədri, “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputat Taquhi Tovmasyan hərbi xidmətə çağırış zamanı insan hüquqlarının pozulmasından danışıb.

“Mən son vaxtlar komissiyamıza daxil olan şikayətlərə, xüsusən işə qəbul və vətəndaşların hərbi xidmətə çahrış prosesinə diqqəti cəlb etmək istəyirəm. Hərbi çağırış insan hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirilir. Çünki çağırış vərəqəsinin göndərildiyi günün ertəsi vətəndaşlardan hərbi komissarlığa gəlmələri tələb olunur”, - deyə o, bazar ertəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, belə hallarda vətəndaşların hərbi xidmətə çağırılana qədər gündəlik məsələlərini həll edə bilməmələri bir yana, tibbi müayinədən keçmək imkanı belə olmur.

“Bu proses ciddi şəkildə qaydalara uyğun, insan haqları pozulmadan təşkil edilməlidir, nəinki indiki kimi kortəbii. Bu biyabrçılıq indi də davam edir".