"Dəhlizlər İrandan yan keçir: Turan dəhlizi ölkəmiz üçün fəlakətdir"

Arəş Rəisinejad

Geosiyasi məsələlər üzrə ekspert Arəş Rəisinejad “Khabar Online” saytına müsahibəsində deyib: “Dəhlizin yaradılması iqtisadi və siyasi imkan yarada biləcəyi qədər onun itirilməsi də eynilə təhlükə sayıla bilər. Bu səbəbdən İranın inkişafı və təhlükəsizliyinin əsas sütunlarından biri də dəhlizlərdə rol oynaması məsələsidir”.

Sual: Siz qeyd etdiniz ki, dəhlizlər müasir dünyada o qədər vacibdir və geoiqtisadi, həyati əhəmiyyət kəsb edir ki, super güc olmaq istəyən ölkələr bu istiqamətdə hətta bir-birlərinə təhlükəsizlik və geosiyasi təhdidlərə səbəb ola bilər. Bu məsələni Qafqazdakı mövcud vəziyyətə aid etmək olar?

- Problem ondadır ki, bizim Qafqazla bağlı təhdid anlayışımız daha çox təhlükəsizlik qavrayışıdır və hər şeydən əvvəl biz Qafqazı Bakının obyektivindən görürük.

Bu o deməkdir ki, bizim Ermənistana münasibətimiz belə Azərbaycana qarşı balanslaşdırıcı baxışdır. Baxmayaraq ki, biz birinci Qarabağ müharibəsində ən azı ilk aylarda Bakını dəstəkləmişik. Amma bu gün başqa siyasət yürüdürük. Gürcüstana, hətta Zaqafqaziyaya münasibətdə da eyni məsələdir.