Makron Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaqda ittiham edib

 

Fransa prezidenti Emmanuel Makron Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbayca bun arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib, Reuters yazır.

Makron bildirib ki, son aylar Moskva Azərbaycanın xeyrinə gərginliyi artırıb.

“Son iki ildə sərhəddə nə baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, (amma) bir neçə əsri əhatə edən bu münaqişədən ruslar sui-istifadə edərək Azərbaycanın xeyrinə oynayıblar. Rusiya Türkiyənin ortağı olaraə əvvəllər onunla birlikdə olan Ermənistanı zəiflədir”, - Makron France 2 telekanalında deyib.

Qeyd edək ki, E.Makron Rusiyanın bu münaqişədən sui-istifadə etdiyini düz deyir. Amma guya Rusiyanın Azərbaycanın xeyirinə nəsə etdiyi barədə dedilkləri ağ yalandır. Yalnız bir faktı qeyd edək ki, Ermənistan məhz Rusiyanın dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini zəbt edərək, 30 il işğal altında saxlayıb. Minsk Qrupunun həmsədri olan ölkənin prezidenti kimi Makron bunu hamıdan yaxşi bilməlidir.