BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Azərbaycan səsvermədən yayındı, Ermənistan isə bitərəf qaldı

BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanı Ukraynada çıxmağa çağıran qətnamə səsə qoyulub.

143 ölkə qətnamənin lehinə, 35-i bitərəf, 5 ölkə (Belarus, Rusiya, Şimali Koreya, Suriya, Nikaraqua) əleyhinə səs verib. 8 ölkə iştirak etməyib.

Azərbaycan və İran səsvermədə iştirakdan yayınanlar sırasındadır. Ermənistan isə bitərəf qalıb. Qətnamə səs çoxluğu ilə qəbul edilib.