Sutkanın əsas dünya xəbərləri



 BMT Baş Assambleyası Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qərarını pisləyən qətnamə qəbul edib. Sənədin qəbulunun lehinə 143 ölkə, əleyhinə 5 ölkə (Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya) səs verib, 35 ölkə bitərəf qalıb. Bitərəf qalan ölkələr arasında Çin, Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Cənubi Afrika Respublikası, Tacikistan və Özbəkistan var.
                         ***
 Beynəlxalq Valyuta Fondu aşağı və orta gəlirli ölkələrə uzunmüddətli maliyyə təmin etmək üçün Dayanıqlılıq Fondunu (RST) işə salıb. Fondun maliyyələşdirilməsi üçün ilk tranş 20 milyard dollar təşkil edib, onu Avstraliya, Kanada, Çin, Almaniya, Yaponiya və İspaniya köçürüb. 2023-cü ilin əvvəlində fonda əlavə vəsait daxil olacaq. Xatırladaq ki, əvvəllər BVF qlobal iqtisadiyyat üçün iqtisadi tənəzzül və inflyasiyanın artacağını proqnozlaşdırmışdı.
                     ***
 Kursk vilayətinin hakimiyyəti oktyabrın 13-dən regionun Ukrayna ilə həmsərhəd olan altı rayonunda məktəblərin distant rejimə keçirilməsini tövsiyə edib. Bu, Rusiyanın sərhədyanı ərazilərinin atəşə tutulmasının sayının artması ilə bağlıdır.