Ətin bahalaşması gözlənilirdi
Son günlərin aktual suallarından biri də ətin qiymətinin bahalaşması ilə bağlıdır. Hamıda təəccüblü sual yaranır ki, uzun müddət qiyməti sabit qalan ət niyə bahalaşdı?
Əvvəla bazarda mal, məhsul və xidmətlərin yarıdan çoxunda - əsasən enerji daşıyıcılarında, ərzaq sektorunda isə buğda, ağartı məhsulları və şəkərin qiymətlərdə bahalaşma izlənilirsə, deməli qalan xidmət və məhsulların qiymətinin bahalaşması qaçılmazdır. Başqa sözlə desək, ölkədə infliyasiya sürətlənirsə, mal və xidmətlərin qiymətlərinin bahalasması təbii prosesdir. Bu baxımdan ətin qiymətinin bahalasacağı da gözlənilən idi. Sadəcə olaraq yay aylarında ətə tələbatın azalması bu prosesi payızın ilk günlərinə qədər gecikdirən bildi.
Lakin ətin qiymətinin bahalaşdıran yalnız infliyasiya deyil, burada başqa amil də var. Belə ki, bu il ötən ilkinə nisbətən ət istehsalında maya dəyəri, yəni heyvanların bəslənməsinə çəkilən xərclər 50-60 artıb.
Bu il rayonlardakı biçənəklərdə otun birinci biçinində məhsul həşaratların hücumuna məruz qaldı. Nəticədə yonca sahələrinin ən barlı, məhsuldar bicinini olan birinci biçininin məhsuldarlıği 50-60% aşağı düşdü. Bu səbəbdən iyul ayında yonca klipinin qiyməti 1,5 manatdan 4,5 manata qədər bahalaşdı. Sonrakı biçinlardə təklif artdığından otun qiyməti 2-2,5 manat aralığında bir qədər sabitləşdi. Sentiyabr ayında isə ot klipinin qiyməti yenidən 4-4,5 manata qədər bahalasdı. Bir sözlə, heyvanların bəslənməsidə əsas komponent sayılan otun qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə ortalama 3 dəfə bahalaşıb. Bundan əlavə, qüvvəli yəmin əsas tərkibini təşkil edən arpa 35 qəpikdən 55 qəpiyə, yem buğdası isə 45 qəpikdən 70 qəpiyə qədər bahalasıb.
Ətin qiymətinin indiki bahalasması birinci mərhələ sayıla bilər. Çünki indi satılan ət yemlərin ucuz olduğü vaxtlarda tədarük tdilmiş yemlərlə bəslənən heyvanların ətidir. Bu bahalaşmanı "psixoloji bahalaşma" da adlandırmaq olar. Amma irəliləyən aylarda fermerlərin tədarükü tükənəcək və onlar heyvanları yeni qiymətə aldıqları yemlərlə bəsləməyə başlayacaqlar. O zaman ətin bahalasmasınin yeni və daha güclü dalğasını müşahidə edəcəyik.
Akif Nəsirli