Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir

Avropa Birliyi İranın əmniyyət güclərinin etirazçılara qarşı kobud münasibəti və Ukraynaya qarşı savaşda Rusiyaya dron satması səbəbilə İrana qarşı yeni sanksiyaların tətbiqinə yenidən baxacaq.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 17-də Lüksemburqda keçiriləcək iclasda İranın təhlükəsizlk qüvvələrinin son nümayişlərdə nümayişçilərlə qeyri-insani rəftarına və Ukraynaya qarşı müharibədə Rusiyanı kamikadze dronları ilə təmin etməsinə görə İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini dəyərləndirəcək.

Qurumun rəsmisi jurnalistlərə açıqlamasında İranın əmniyət güclərinin etirazçılarla davranışının qəbuledilməz olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri İrana sanksiya tətbiq edilməsinin münasib cavab olacağı və bazar ertəsi günü qərar qəbul edəcəyi ilə bağlı razılığa gəliblər.

اتحادیه اروپا وضع تحریم‌های جدید علیه ایران را بررسی می‌کند