Strelkov cəbhəyə göndərildi

Rusiya hərbi müxbirlərinin verdiyi məlumata görə, Sergey Şoyqunun əsas tənqidçisi və “DXR”in keçmiş müdafiə naziri İqor Girkin-Strelkov cəbhəyə döyüşməyə gedib.

Ukrayna cəbhəsindəki vəziyyəti müntəzəm və daha çox pessimist təhlilləri ilə tanınan FSB polkovniki Strelkov uzun müddət cəbhə xəttinə buraxılmırdı.