“Azərbaycan Ukraynadakı müharibədən necə ən çox faydalanan ölkə oldu?”

“Əl-Cəzirə” telekanalının saytı Əyyub Əl-Riminin müəllifi olduğu və “Azərbaycan Ukraynadakı müharibədən necə ən çox faydalanan ölkə oldu?” başlıqlı xəbərdə yazıb:

Ukraynadakı müharibə Azərbaycan qazına olan tələbatı artırıb. Rusiyanın Ukraynaya qarşı müharibəsi, ardınca Rusiya ilə Avropa Birliyi arasında qarşılıqlı enerji sanksiyaları, bir tərəfdən Avropanın Rusiya qazını əvəz edəcək yeni qaz mənbələrinə ehtiyac duymasına, digər tərəfdən isə dünyada qaz qiymətlərinin artmasına səbəb olub.

Azərbaycan qazı avropalılar üçün alternativlərdən biri sayılır. Azərbaycan Rusiyanın Ukraynaya qarşı müharibəsində bitərəf qalmağa çalışıb. Bu ilin ilk aylarında (2022-ci il) Azərbaycandan qaz ixracı əvvəlki ilin eyni dövrü ilə (2021-ci il) müqayisədə dörd dəfə artaraq Bakıya 4,18 milyard dollar gəlir gətirib.

Bu isə Azərbaycanın büdcə kəsiri problemini həll etməklə yanaşı, həm də 2022-ci ilin birinci rübündə ölkədə 1,57 milyard dollarlıq büdcə profisiti qeydə alınıb.

چگونه جمهوری آذربایجان، برنده جنگ اوکراین شد؟ / از وام اتحادیه اروپا تا چهار برابری صادرات گاز