"Ukraynada elektrik stansiyalarının 30%-i məhv edilib

Son 9 gündə Ukraynada elektrik stansiyalarının 30%-i məhv edilib, - Zelenski.

“Oktyabrın 10-dan bəri Ukrayna elektrik stansiyalarının 30%-i sıradan çıxıb və bu, ölkə boyu elektrik enerjisinin verilişində kütləvi fasilələrə səbəb olub. Putin rejimi ilə danışıqlara yer qalmayıb”.

Vəziyyət kritikdir. Ukraynalılara elektrik enerjisinin, suyun və istiliyin kəsilməsinə hazırlaşmaq tövsiyə olunur

“Ölkədə kritik vəziyyətimiz var. Bir bölgə digərindən asılıdır. Bütün ölkə üzrə hazırlaşmaq lazımdır ki, həm elektrik enerjisi, həm su, həm də istilik təchizatında fasilələr ola bilər”, - Prezident Aparatının rəhbərinin müavini Kirill Timoşenko bildirib.