Sutkanın əsas dünya xəbərləri

 Avropa Komissiyası Ukrayna üçün fövqəladə sığınacaqlar, eləcə də ən çox ehtiyacı olan Ukrayna əhalisi üçün ümumi dəyəri 62.3 milyon avro olan humanitar yardımların yeni proqramını elan edib.
                          ***
 ABŞ Prezidenti Co Bayden dekabrda ölkənin strateji ehtiyatından daha 15 milyon barel neftin satılacağını açıqlayıb.
                       ***
 Çərşənbə günü Federal Ehtiyat Sisteminin açıqladığı regional icmalda, ABŞ iqtisadiyyatı ilə bağlı proqnozlar tələbin zəifləməsi ilə bağlı artan narahatlıqlar fonunda daha bədbinləşib. Payızın əvvəlində ölkədə iqtisadi fəallıq ümumilikdə bir qədər artsa da, ayrı-ayrı sənaye və regionlarda vəziyyət fərqli olub.
                           ***
 15 ildir Rusiyada fəaliyyət göstərən Finlandiyanın “Orion Pharma” əczaçılıq şirkəti Rusiyadakı ofisini bağlayır. “Orion Pharma”nın gedişini Qərb şirkətləri arasında Rusiya ilə əməkdaşlıqdan imtina edən ümumi tendensiyanın bir hissəsi və digər Finlandiya istehsalçıları ilə “həmrəylik jesti” kimi qiymətləndirilir.