Alimlərdən XƏBƏRDARLIQ: Bu il güclü qasırğalar ola bilər

ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) İqlim Proqnozlaşdırma Mərkəzinin sinoptikləri 2024-cü ildə baş verəcək güclü qasırğa mövsümü barədə xəbərdarlıq ediblər.

Bu barədə NOAA-nın rəsmi saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, qasırğa dövrü iyunun 1-dən noyabrın 30-dək davam edəcək. Bu il 17-25 fırtınanın baş verəcəyi ehtimalı var.

Alimlərin sözlərinə görə, tipik qasırğa mövsümündə adətən 14-ə qədər fırtına baş verir ki, bunlardan da üçü xüsusilə güclü olur.

Mənbə: gazeta.ru