Avtobus sürücüsünün bu addımı müzakirə yaratdı: "Qınamayın, onlara yer ayrılmır" - FOTO

“Avtobus sürücüləri üçün son dayanacaqlarda təbii ehtiyacların ödənilməsi, ibadət və yemək üçün yerlərin yaradılması məsələsini həm rəsmi görüşlərdə, həm də yazılı müraciətlərdə dəfələrlə qaldırmışam. Təəssüf ki, hələlik bu istiqamətdə real dəyişiklik yoxdur”.

Lim10.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev sürücülərdən birinin avtobusda namaz qılması barədə müzakirələrdən danışarkən deyib. O bildirib ki, hər bir avtobus sürücüsünün insan kimi normal şəraitdə çalışmaq və ibadət etmək hüququ var:

“Sürücünü çəkib paylaşmazdan, onun haqqında şərhlər yazıb qınamazdan əvvəl, lütfən, hansı şəraitdə işlədiyini düşünün.

Fürsətdən istifadə edərək xahiş edirəm ki, bu məsələ nəhayət həll edilsin”, - deyə o bildirib.

Billurə