Qatar yanacaq daşıyam maşınla toqquşub

Meksikada yük qatarı yanacaq daşıyan maşınla toqquşduqdan sonra yanan relsdən aşıb.

Meksikanın Aquaskalientes şəhərində qatar qarşısından keçməyə çalışan yanacaq daşıyan yük maşınına çırpılması nəticəsində güclü yanğın baş verib. Toqquşma nəticəsində körpü və yaxınlıqdakı 120 evə ziyan dəyib, 4 nəfər xəsarət alıb, 50-yə yaxın avtomobil, elektrik xətləri və qaz şəbəkələri sıradan çıxıb.