Nigeriyalı qadını yeddi ilədək həbs cəzası gözləyir - İNANILMAZ SƏBƏB

Nigeriyanın Laqos şəhərindən olan 39 yaşlı Çioma Okoli 18 min izləyicisi olan bloqunda "Erisco Foods Limited" brendinin tomat pastası haqqında mənfi rəy dərc etdiyinə görə yeddi ilə qədər həbs cəzası ala bilər.

2023-cü ilin sentyabrında qadın sosial şəbəkələrdə yazıb ki, pastada bol şəkər var və şirkət bu məhsulla "insanları öldürür".

Həmin ayın 24-də Okoli həbs olunub. Prokurorlar bu şərhin "insanları "Erisco Foods"a qarşı yönəltmək niyyəti ilə" edildiyini bildiriblər. İstehsalçıya görə, Okolinin rəyi onun biznesinə və reputasiyasına mənfi təsir göstərib.

Qadın həmçinin "Erisco Foods"a qarşı sui-qəsddə ittiham olunur. İttiham tərəfi israr edir ki, şərh Okolinin öz fikri olmayıb və o, daha iki şəxslə birgə hərəkət edib. Kibercinayətkarlığı qadağan edən qanuna görə, indi qadını yeddi ilə qədər həbs gözləyir. Bundan əlavə, şirkət nümayəndələri maddi itkilərin ödənilməsini tələb edirlər.

Mənbə: snob.ru