Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir

Kembric Universitetinin komandası çox maraqlı bir araşdırma aparıb.

Məlumata görə, tədqiqatçılar belə qənaətə gəliblər ki, insanlara 10 barmaq artıq kifayət etmir və buna görə də əldə daha bir barmağa ehtiyac var. Onlar, demək olar ki, "hər şeyə qadir" olan "üçüncü baş barmaq" yaradıblar.

Alimlər sağ əlin kənarına yapışdırılan, idarə olunan və əvvəllər bir əllə edə bilmədikləri işləri görməyə müvəffəq olan protez barmaq yaradıblar. Məsələn, əşyaları götürmək, içki şüşələrini açmaq, oyun kartları ilə işləmək və hətta bananın qabığını soymaq - hamısı bir əllə mümkündür.

Tədqiqatın aparıcı müəllifi, Kembric Universitetinin koqnitiv nevrologiya professoru Tamar Makinin sözlərinə görə, tədqiqat könüllüləri tez bir zamanda əlavə barmağa öyrəşiblər.

Tədqiqatçılar artıq əlavə baş barmağın ətrafları amputasiya olunmuş, xüsusilə qolunu itirmiş və bir əli ilə gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkənlər üçün faydalı ola biləcəyinə inanırlar.

Professor Makin bildirib ki, texnologiya insan olmağın nə demək olduğuna dair tərifimizi dəyişir. Maşınlar getdikcə gündəlik həyatımızın, bəzən hətta beynimizin və ya bədənimizin bir hissəsinə çevrilir. Onların işi əsasən insanın fiziki imkanlarını təkmilləşdirmək və genişləndirmək üçün motor gücləndirmə texnologiyalarına diqqət yetirir.

Mənbə: Gazeta.ru