"Avropanın İranın təhlükəsizliyinə qarşı addımına qarşılıqlı cavab verəcəyik"

 

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Ermənistana səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib: "Hər hansı Avropa ölkəsinin və dövlətinin İranın təhlükəsizliyinə və stabilliyinə qarşı hərəkətinə onların öz tərzində və balanslı, qarşılıqlı və eyni zamanda uyğun və qüvvətli şəkildə cavab verəcəyik".

"İki gün öncə Avropa İttifaqının xarici siyasət üzrə komissarı Borrellə telefon danişığında ona dedim ki, bu yoldan uzaqlaşın! İranda baş vermiş hadisə xalqın dinc şəkildə tələblər irəli sürməsi idi ki, biz buna hörmətlə yanaşırıq və xalqın dinc şəkildə nə isə tələb etməsinə Konstitusiyaya uyğun cavab verilir",- iranlı nazir iddia edib.