Ermənistanın İrəvan şəhərində Xarici İşlər Nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı 26 nəfər saxlanılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.
Həmçinin "Telegram"ın Ermənistan seqmentində yayılan məlumatlara görə, toqquşmalar zamanı din xadimlərindən biri yaralanıb və xəstəxanaya yerləşdirilib. Digər din xadimi isə polis bölməsinə aparılıb.
Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında nümayişçilərlə polislər arasında toqquşma başlayıb, saxlanılanlar var.
Ermənistan mediası bununla bağlı görüntülər yayıb.
Bildirilir ki, "Vətən uğrunda Tavuş" etiraz hərəkatının üzvləri nazir Ararat Mirzoyanla görüş tələb ediblər. Xarici İşlər Nazirliyindən isə cavab verilib ki, hazırda onları qəbul edə bilmirlər.
O da vurğulanır ki, deputat Qarnik Danielyan saxlanılanlar arasındadır.
İrəvanın mərkəzində polislə etirazçılar arasında TOQQUŞMA: Saxlanılan və yaralanan var
Ermənistan paytaxtı İrəvanda Baqrat Srbazanın başçılığı ilə "Vətən naminə Tavuş" etiraz yürüşünə başlayıb.
İrəvanın mərkəzində etiraz yürüşündən videogörüntülər "Telegram"ın Ermənistan seqmentində yayımlanıb.
Yürüşə Müqəddəs Anna kilsəsindən start verilib. Baqrat Srbazan etirazçıların hara istiqamət götürməsi ilə bağlı isə açıqlama verməyib.