Rusyanın hərbi zavodunda yanğın baş verib

Rusiyada raketlər üçün mərmi və mühərriklər istehsal edən zavodda yanğın baş verib.

Sexdə 3 işçi diri-diri yanaraq ölüb. Dağıntılar altında hələ də insanlar var. Perm zavodu üç növbədə işləyir. Orada “Qrad” və “Smerç” çoxatəsli raket sistemləri və hava hücumundan müdafiə sistemləri üçün raket və mühərriklər istehsal edilirdi..