"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gələcəkdə üzv ölkələrin bir çox hərbi-siyasi və iqtisadi maraqlarını bölüşdüyü qlobal Cənub dövlətlərini də əhatə edə bilər".
Bu fikri Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.
"Əlbəttə, müxtəlif mərhələlərdə yeni çağırışlar və təhdidlər yaranacaq. Lakin mən nikbinəm, o mənada ki, üzv dövlətlərin birgə effektiv mübarizədə real marağını görürəm. Bundan əlavə, bu iş daha geniş geosiyasi kontekstlə, yəni dövlətlərimizin obyektiv surətdə bir çox hərbi-siyasi və iqtisadi maraqlarını bölüşdüyü qlobal Cənub ölkələrinin davamlı sürətli yüksəlişi ilə ahəngdar şəkildə uyğun gəlir", - diplomat bildirib.
Qrızlovun sözlərinə görə, KTMT-yə üzv ölkələrin qlobal Cənub dövlətləri ilə əməkdaşlığının hansı formada olacağını "bu gün söyləmək çətindir".
"Tərəfdaşlıq formatından tutmuş üzv dövlətlərin sırasının genişlənməsinə, hətta digər birliklərlə birləşməyə qədər bütün ssenarilər realdır", - deyə səfir bildirib.
Mənbə: TASS