Sutkanın əsas dünya xəbərləri



 Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson təxminən 3 ay əvvəl tərk etdiyi vəzifəyə qayıtmaq cəhdinə son qoyaraq, Mühafizəkarlar Partiyasına seçkilərdə rəhbərlik etməkdən imtina edib. Bu qərar ölkənin keçmiş maliyyə naziri Rişi Sunakı Böyük Britaniyanın növbəti Baş naziri olmaq şansını artırır.
                       ***
 Şimali Koreya və Cənubi Koreya Pxenyanın silah sınaqları ilə bağlı gərginliyin artması səbəbindən bir-birini dəniz sərhədini pozmaqda ittiham edərək, qərb sahillərdə xəbərdarlıq atəşi açıblar.
                       ***
 Beş Rusiya vətəndaşı İsveçrənin sanksiyalar siyahısından çıxmaq üçün müraciət edib. Bu barədə İqtisadiyyat Nazirliyinin sözçüsü Fabian Mayenfiş məlumat verib. Xatırladaq ki, İsveçrə Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra bir neçə sanksiya paketi tətbiq edib. Sanksiya siyahısına 1000-dən çox rusiyalı daxil edilib. Onların aktivləri dondurulub.