Ukrayna HHQ İranın 273 PUA-sını vurub
Sentyabrın 13-dən bu günədək Ukrayna hərbçiləri İrana məxsus 273 ədəd “Şahed-136” kamikadze insansız uçağını vurub.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.
İqnatın sözlərinə görə, Rusiya Ukraynaya qarşı bu PUA-ların iki növündən istifadə edir.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələri İrana məxsus daha 4 ədəd "Mohajer-6" hücum pilotsuz təyyarəsini vurub.