Demi Murdan çəkildiyi açıq-saçıq səhnələrlə bağlı ETİRAF

61 yaşlı Demi Mur hələ də Hollivudun ən çox tələb olunan aktrisalarından biridir.

Bu yaxınlarda Kann Film Festivalında Deminin də rol aldığı "Maddə" filminin premyerası olub. Filmdəki səhnələrin birində Mur çılpaq görüntülənib.

Jurnalistlərlə söhbətində o, açıq-saçıq səhnələrdən niyə imtina etmədiyini açıqlayıb.

Aktrisanın sözlərinə görə, bu yolla o, öz inkişafının qarşısını alan rahatlıq zonasından çıxır. Açıq-saçıq səhnələr onun üçün təkcə özünü ifadə etmək vasitəsi deyil, həm də qorxu və inamsızlıqları aradan qaldırmaq üçün əla fürsət olaraq qalır.

"Əgər nəyinsə məni qorxutduğunu görsəm, onu etməliyəm. Əlbəttə, ekranda özümü belə görmək həmişə asan olmur", - deyə Demi bildirib.

Mənbə: championat.com