Hüquqşünaslar BMT-yə İranda insan haqları ilə bağlı çağırış edib

 

20-dən çox ölkədən 680-dən çox hüquqşünas, hüquq universitetinin professoru və insan haqları fəalları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə İranla bağlı çağırış edib. Məktubda etiraz aksiyalarının zorakılıqla yatırılmasının və qanunların geniş şəkildə pozulmasının dayandırılması tələb edilir.

Sənəddə baş katib Antonio Quterreşdən təcili olaraq müstəqil komitənin yaradılması və İnsan Haqları Şurasının İranla bağlı fövqəladə iclasının keçirilməsi tələb olunub.

İran, Amerika, İngiltərə, Kanada və İsrail də daxil olmaqla müxtəlif ölkələrdən 687 vəkil və hüquqşünasın imzaladığı məktuba əsasən, insan haqlarının geniş şəkildə pozulması və Məhsa Əmininin öldürülməsinin ardından meydana gələn xalq etirazlarını şiddətli yatırılması qeyd olunub.

Məktubda İranın bir sıra əyalətlərində, o cümlədən Sistan-Bəluçestan əyalətində uşaqlar da daxil olmaqla etirazçıların güllələnərək qətlə yetirildiyi vurğulanıb.