Böyük Britaniyanın "MI6" xarici kəşfiyyat xidməti Çin Xalq Respublikasının mərkəzi dövlət orqanlarının iki əməkdaşını işə qəbul edib.
Bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyindən məlumat verilib.
Nazirliyin mətbuat xidməti "WeChat" sosial şəbəkəsində bildirib ki, ər-arvad olan Vanq və Çjou cütlüyü əvvəlcə Britaniya tərəfinə "konsaltinq xidmətləri" göstəriblər, sonra isə "MI6"da peşəkar təlim keçiblər.
Hər iki məmur Böyük Britaniyada ikitərəfli təhsil mübadiləsi proqramı çərçivəsində təhsil alıb. Hərtərəfli gizli araşdırma zamanı cütlüyün başqa ölkənin kəşfiyyat xidmətində işlədiyinə dair sübutlar əldə edilib. Nazirlik qeyd edib ki, böyük casusluq işinin üstü açılıb.