Neftin qiyməti kəskin azalıb

Bazar ertəsi, iyunun 3-də keçirilən satış zamanı "Brent" markalı neftin bir barelinin qiyməti kəskin ucuzlaşıb.

ICE birjasının məlumatına görə, fyuçerslər üç faiz itiriblər.

Bazar ertəsi axşam "Brent" markalı neftin bir bareli 79 dollara düşüb. Bu, fevralın əvvəlindən bəri ən böyük ucuzlaşmadır.

Bazarda qiymətlərin artıb-azalması OPEC+ nümayəndələrinin son iclası ilə bağlıdır.

Mənbə: lenta.ru