Sutkanın əsas dünya xəbərləri


 Yaponiyanın Baş naziri Fumio Kisida ölkənin keçmiş səhiyyə naziri Siqeyuki Qotonu yeni iqtisadiyyat naziri təyin edib. Onun sələfi Daisiro Yamaqiva "hökumətin narazılığına səbəb olduğunu" söyləyərək istefa verib.
                     ***
 Almaniyanın şərq şəhərlərində hökumətin sosial və enerji siyasətinə qarşı nümayişlərdə 7 mindən çox insan iştirak edib.
                     ***
 Ukrayna Futbol Assosiasiyası Rusiya Futbol İttifaqının Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyasının (FIFA) tərkibindən çıxarılmasını tələb edib.