Sutkanın əsas dünya xəbərləri



 Avstraliyada inflyasiya son rübdə mənzil xərcləri və qazın qiymətinin yüksəlməsi nəticəsində 32 ilin ən yüksək səviyyəsinə çatıb ki, bu da ölkənin Mərkəzi Bankının daha aqressiv faiz artımlarına qayıtma ehtimalını artırıb.
                      ***
 Tayvanın xarici işlər naziri Cozef Vu bildirib ki, Çin Kommunist Partiyasının son qurultayından sonra Tayvana qarşı diplomatik "hücumlarını" gücləndirəcək.
                      ***
 Böyük Britaniya və Avropa İttifaqı qoşunların ittifaq ölkələrinin ərazisindən sürətlə hərəkətinə imkan verəcək saziş imzalamağa hazırlaşırlar. Sazişin yekun planı noyabrda təsdiqlənməlidir.