Ukrayna Rusiyanın FİFA və UEFA-dan çıxarılmasını tələb edir

 

BBC xəbər verir ki, bu barədə bu gün Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko məlumat verib.

Pavelko bildirib ki, artıq Rusiyanın UEFA və FİFA-dan kənarlaşdırılmasını tələb edən məktublar göndərilib.

O, baş nazirin müavini Dmitri Çernışenkonun Putinə dünənki hesabatına belə reaksiya verib. Orada rəsmi bildirilib ki, Rusiya Krım və işğal olunmuş digər ərazilərdəki klubları öz futbol strukturuna inteqrasiya etməyə hazırdır.

İndi Rusiyanın FİFA və UEFA-ya üzvlüyü dondurulub.